Afrika ölkələri koronavirusa qarşı maliyyə yardımına möhtacdır

Afrika ölkələri koronavirusa qarşı maliyyə yardımına möhtacdır
14:37 29 Mart 2020
105 Digər
Ölkə mətbuatı
A- A+

Afrika ölkələrinə koronavirusun yayıldığı bir vaxtda səhiyyə sistemlərini dəstəkləmək üçün 100 milyard ABŞ dolları məbləğində təcili maliyyə yardımı göstərilməlidir.
“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə BMT nəzdindəki Afrika İqtisadi Komissiya (UNECA) bildirib. 
Komissiyanın icraçı katibi Vera Sonqvenin fikrincə, bu vəsaitin yarısı Afrika ölkələrinə beynəlxalq maliyyə təsisatları tərəfindən daha əvvəl ayrılmış kreditlərin faizlərinin silinməsi şəklində ödənilə bilər.
UNECA rəhbəri koronavirus pandemiyasının region üçün pik nöqtəsinin qarşıdakı 2-3 həftə ərzində yaşanacağı, fəsadlarının da yaxındakı 12-18 ay ərzində hiss olunacağı qənaətindədir. Odur ki, Afrika ölkələrinə, o cümlədən özəl sektoruna dəstək üçün dünya səviyyəsində əlaqələndirilmiş səylər göstərilməlidir: “Yeni koronavirus Afrikanın təkcə bir ölkəsində belə qalsa, bunun fəsadları bütün dünyada hiss olunacaq”.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/afrika-olkeleri-koronavirusa-qarsi-maliyye-yardimina-mohtacdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR