Azərbaycanda gözəllik salonları ilə bərbərxanalar da bağlandı - RƏSMİ

Azərbaycanda gözəllik salonları ilə bərbərxanalar da bağlandı - RƏSMİ
23:37 29 Mart 2020
197 Ölkə
Ölkə mətbuatı
A- A+

Xüsusi karantin rejiminin gücləndirilməsi ilə əlaqədar bərbərxana, gözəllik salonlarının da fəaliyyəti dayandırılıb.

Milli.Az xəbər verir ki, bunu "qafqazinfo"ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, bundan başqa, avtomobil təmiri sexləri, oyun salonları və digər əhaliyə yerində xidmət göstərən obyektlərin də fəaliyyəti məhdudlaşdırılıb.

E.Hacıyev əhalidən tətbiq olunan qaydalara əməl etməyi xahiş edib. O, xüsusi karantin rejimi qaydalarını pozanların qanunvericiliyə uyğun cəzalandırılacağını bildirib.

Qeyd edək ki, 29 mart, saat 00:00-dan etibarən Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/837539.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR