Samux polisi 65-dən yuxarı olan şəxslərə evdən çıxmamaq barədə xəbərdarlıq edirlər - FOTO

Samux polisi 65-dən yuxarı olan şəxslərə evdən çıxmamaq barədə xəbərdarlıq edirlər - FOTO
09:57 30 Mart 2020
129 Ölkə
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlərin həyata keçirilməsi istiqamətində Samux Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, bundan başqa rayon polis şöbəsinin əməkdaşları rayon ərazisində vətəndaşlarla mütəmadi maarifləndirici söhbətlər apararaq onları mümkün qədər evdə qalmağa çağırırlar. Yaşı 65-də yuxarı olan şəxslər müəyyən edildikdə isə polislər vətəndaşı evinə qədər müşayiət edərək bir daha evdən çıxmamaq barədə xəbərdarlıq edirlər. Görülən bu tədbirlərlə bağlı vətəndaşlara bildirilib ki, məqsəd onların sağlamlığının qorunması və virusun törədə biləcəyi digər fəsadların qarşısının alınmasıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/837569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR