"Mercedes-Benz" 77 mindən çox avtomobili geri çağırır

"Mercedes-Benz" 77 mindən çox avtomobili geri çağırır
19:52 30 Mart 2020
198 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyanın məşhur avtomobil brendi "Mercedes-Benz"in Çindəki müştərək müəssisəsi olan "Beijing Benz Automotive"in istehsal etdiyi 77 min 607 avtomobil geri çağırılır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, avtomobillərin geri çağırılmasına səbəb sükan idarəetməsinin gücləndiricisində potensial problemlərin olmasıdır. Martın 31-dən başlanacaq proses çərçivəsində 2016-cı ilin oktyabr ayından 2018-ci ilin aprelinədək olan müddətdə buraxılmış "C-class", "E-class" və "GLC SUV" modelləri geri çağırılacaq.

"Beijing Benz Automotive" avtomobilləri yoxlayacaq və nasazlıq aşkarlanarsa öz hesabına dəyişəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/837623.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR