Tramp qəzəbləndi: ''Amerika xalqını qorxudursunuz'' -

Koronavirusla əlaqədar təşkil edilən mətbuat konfransında ABŞ Prezidenti Donald Tramp, CNN müxbirinin verdiyi suala hirslənib.

Metbuat.az xəbər verir ki, Tramp ''CNN'' müxbiri Cim Akostanın ''Virus nəzarətimiz altındadır, yaxın zamanda bitəcək demişdiniz'' sualına sərt reaksiya verib.

"Mən ölkəni sakit saxlamağa çalışıram. İstəmirəm ki, insanlar panikaya düşsünlər. Amma sənin kimilər və ''CNN'' kimi kanallar insanları qorxuya, təşvişə çağıran xəbərlər paylaşırlar. Buna görə də artıq heç kim ''CNN''ni dinləmək istəmir. Belə provakasiya yaradan sual əvəzinə, normal bir sual verə bilərdiniz.''

Qeyd edək ki, metbuat konfransında Tramp 2 həftə ərzində virusun Amerikada ən yüksək səviyəyə çatacağını bildirib.Tramp əlavə edib ki, dövlətin gördüyü tədbirlər nəticəsində 1milyondan çox amerikalının həyatını xilas edə bilərik. Amerika xalqı edəcəyi seçimlər nəticəsində virusun taleyini müəyyən edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR