İndoneziya da sərhədləri bağlayır

İndoneziya da sərhədləri bağlayır
18:05 31 Mart 2020
165 Dünya
Ölkə mətbuatı
A- A+

İndoneziya koronavirus pandemiyası ilə əlaqədar bütün əcnəbi vətəndaşlar üçün ölkəyə girişi bağlayır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ölkənin Xarici İşlər naziri Retno Marsudi deyib. Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxmanın əsas mənbəyi xarici ölkələr, xüsusilə də Avropa və ABŞ-dan gələnlərdir.

Sərhədlərin bağlı qalacağı müddət açıqlanmayıb.

Qeyd edək ki, bugünədək İndoneziyada 1 414 nəfər koronavirusa yoluxub, 122 nəfər virusun qurbanı olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/837940.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR