Cenevrədə BMT-nin doqquz əməkdaşı koronavirusa yoluxub

Cenevrədə BMT-nin doqquz əməkdaşı koronavirusa yoluxub
23:37 31 Mart 2020
159 Dünya
Ölkə mətbuatı
A- A+

Cenevrədə BMT-nin doqquz əməkdaşında COVİD-19 virusunun aşkarlanması təsdiqlənib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bu barədə təşkilatın Cenevrə Qərargahının rəsmi nümayəndəsi Alessandra Veluççi xəbər verib.

A.Veluççinin sözlərinə görə, söhbət BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, həmçinin Millətlər Sarayında yerləşən Cenevrə Baş Qərargahının əməkdaşlarından gedir.

Nümayəndə BMT-nin "İsveçrə hökuməti və Ümumdünya Səhiyyə Təşkilatı ilə koronavirusun qarşısının alınması və hazırlıq tədbirlərinə dair sıx əməkdaşlıq etdiyini" bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/838104.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR