Tanınmış bakılı yazıçı Moskvada vəfat edib

Tanınmış bakılı yazıçı Moskvada vəfat edib
00:47 1 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Tanınmış şair, yazıçı, dramaturq və ssenariçi, həmyerlimiz Leonid Zorin Moskvada vəfat edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Leonid Zorin 96 yaşında dünyasını dəyişib.

Leonid Zorin 1924-cü ildə Bakıda anadan olub. 1946-cı ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirib. O, 50-dən çox pyesin və şeirlər kitabının müəllifidir. Yazıçının ssenarisi əsasında çəkilmiş "Pokrov darvazaları" filmi tamaşaçıların ən çox rəğbətini qazanan ekran əsərlərindəndir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/838090.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR