Yerə meteorit düşüb? - FOTO

Yerə meteorit düşüb? - FOTO
15:05 1 Aprel 2020
252 Dünya
Ölkə mətbuatı
A- A+

Nigeriyanın Ondo əyalətində güclü partlayış baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, partlayış nəticəsində 100-dən çox bina, məktəb və kilsə dağılıb.

Yerli sakinlər partlayışın meteorit düşməsi səbəbindən meydana gəldiyini iddia edir. Sözügedən ərazidə nəhəng bir çuxur əmələ gəlib.

Kilsə binasında yaşayan şəxslərin xəsarət aldığı, bəzi insanların xilas edildiyi bildirilir.

Hadisə ilə bağlı başqa bir iddia partlayıcı maddə daşıyan yük maşınının partladılmasıdır. Yük maşınının partlayışdan sonra qumda batdığı təxmin edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/838198.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR