x
Loading...

Çinin texnoloji nəhəngləri “bulud” oyun platformasının yaradılması üçün səyləri birləşdirib

Çinin texnoloji nəhəngləri “bulud” oyun platformasının yaradılması üçün səyləri birləşdirib
08:12 2 Aprel 2020
Ölkə mətbuatı
A- A+
.

Çinin iki nəhəng texnoloji şirkəti - "Huawei Technologies" və "Tencent Holdings" mobil əyləncə sənayesinin ən aktual sahələrindən olan "bulud" oyunlarında səyləri birləşdirib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, əməkdaşlıq çərçivəsində şirkətlər tərəfindən "bulud" oyunlar, süni intellekt, virtual və əlavə reallıq (VR/AR) kimi mütərəqqi texnologiyaların oyun sənayesinə tətbiqində ixtisaslaşacaq oyunların hazırlanması üzrə birgə laboratoriya yaradılacaq.

Əsas layihələrdən biri yüksəkkeyfiyyətli və ucuz "bulud" oyun həllinin yaradılması üçün "Huawei" şirkətinin "Kunpeng" prosessorunun hesablama gücündən "Tencent GameMatrix" "bulud" oyun platformasında istifadə olacaq.

Bundan başqa, laboratoriya yeni oyun platformalarının yaradılması üçün birgə yeni çip funksiyaları və sazlama alətləri hazırlayacaq, eləcə də süni intellekt, virtual və əlavə reallıq texnologiyalarını tətbiq edəcək.

"Fortune Business Insights" tədqiqat şirkətinin hesabatına görə, 2027-ci ildə dünya "bulud" oyunları bazarının ümumi həcmi 2018-ci ilin 12,5 milyard dollarlıq göstəricisi ilə müqayisədə 56,57 milyard dollara çatacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/837854.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR