Daha bir epidemiya yayılır: 21 nəfər öldü -

Dünyanın koronavirusla ölüm-qalım mübarizəsi apardığı bir dövrdə Nigeriyada kolera epidemiyası yayılıb.

Metbuat.az xəbər verir ki, infeksiya səbəbindən 21 nəfər ölüb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ebonyi üzrə koordinatoru Eyo Nora mətbuata verdiyi açıqlamada əyalətdə 155 yoluxma faktının təsdiqləyib.

''Artıq xəstəliyin rast gəlindiyi bölgələrə tibbi ləvazimatlar və dərmanlar göndərilib. Vəba təmiz su və gigiyena çatışmazlığından yayılmağa başlayıb.''

Ölkədə uşaq iflici, ishal, meymunçiçək virusu, qızdırma, tifo kimi xəstəliklərə hər addımbaşı rast gəlinir.

Qeyd edək ki, hazırda dünyada koronavirus pandemiyası tüğyan edir. Son rəqəmlərə görə, 936 min 170 nəfər Kovid-19-a yoluxub. 47 min 249 nəfər dünyasını dəyişib. 194 min 578-i sağalıb.


Mənbə: Anadolu Agentliyi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR