“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, seminarda biznes məsələlərinin həlli üçün müasir texnologiyaların istifadə edilməsi yolları haqda bəhs ediləcək.
Seminar “1С-Битрикс” və “MARCO Computer Technology” şirkətləri tərəfindən təşkil ediləcək.
Tədbirdə eyni zamanda, biznesdə istifadə edilən yeni veb-texnologiyalar, internet dükanları üçün satış ssenariləri, saytın inkişafına xərclənən vəsaitlərə qənaət etmək üsulları, sayt üzərində işin təşkili, qlobal şəbəkədə müştəri itkisinə necə yol verməməyin yolları haqda məlumat veriləcək.
Aynur Vəliyeva