Meksikada cinayətkar qruplar arasında atışma: 19 nəfər ölüb

Meksikada cinayətkar qruplar arasında atışma: 19 nəfər ölüb
11:27 5 Aprel 2020
168 Dünya
Ölkə mətbuatı
A- A+

Meksikanın ABŞ-la sərhədindəki Çiuaua ştatında cinayətkar qruplaşmalar arasında baş vermis silahlı toqquşmada 19 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə yerli KİV ştat prokurorluğuna istinadən məlumat yayıb.

"Silahlı insident haqqında məlumat alan təhlükəsizlik xidmətinin əməkdaşları hadisə yerinə gedən zaman orada 18 nəfərin cəsədini aşkar ediblər", - "Milenio" nəşrinin materialında qeyd olunub.

Bildirilir ki, insident iştirakçılarından ikisi yaralı halda Kuautemok şəhər xəstəxanasına çatdırılsa da, onlardan biri keçinib.

Hadisə yerindən 18 ədəd odlu silah, iki qranat və iki avtomobil götürülüb, hazırda ekspertlər və ştat prokurorluğunun istintaqçıları faktı araşdırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/839163.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR