Koronavirusa yoluxan həkim intihar edib

Koronavirusa yoluxan həkim intihar edib
08:05 6 Aprel 2020
214 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın "Reyms" futbol klubunun həkimi Bernar Qonsales koronavirus üçün verdiyi analizlərinin nəticələrinin müsbət olduğunu bildikdən sonra intihar edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Le Parisien nəşri xəbər yayıb.

60 yaşlı B.Qonsales həyat yoldaşı ilə birlikdə özünütəcrid rejimində olublar. Bildirilir ki, onun həyat yoldaşı da koronavirusa yoluxub. Həkim intiharın səbəblərini yazdığı məktubda izah edib. Lakin Reyms şəhərinin meri Arno Robine məktubun məzmununu açıqlamaqdan imtina edib.

İtaliyanın Monza şəhərində mart ayının sonunda həmin ayın 10-dan karantinə yerləşdirilən koronavirusa yoluxmuş 34 yaşlı tibb bacısının intihar etdiyi və intiharın səbəbi xəstəliyin başqalarına ötürülməsi qorxusu ilə əsaslandırıldığı bildirilirdi.

Fransada ümumilikdə 92 839 koronavirusa yoluxma halı qeydə alınıb. Xəstəlikdən 8 078 nəfər dünyasını dəyişib, ötən sutka ərzində ölənlərin sayı isə 518 olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/839366.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR