"Amazon" “sosial məsafə”ni qorumayan şəxsləri işdən çıxaracaq

"Amazon" “sosial məsafə”ni qorumayan şəxsləri işdən çıxaracaq
17:37 7 Aprel 2020
179 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın elektron ticarət nəhəngi “Amazon” koronavirus epidemiyası ilə əlaqədar anbarda işləyən əməkdaşlarına “sosial məsafə” ilə bağlı xəbərdarlıq edib.
“Report” CNBC-yə istinadən xəbər verir ki, şirkət "sosial məsafə"ni qorumayan şəxslərin işdən çıxarılacağını bildirib. 
Məsələyə rəsmi şəkildə münasibət bildirən “Amazon” isə bəyan edib ki, bu cəza tədbiri “sosial məsafə” qanununu məqsədli şəkildə pozan işçilərə şamil ediləcək.
Xatırladaq ki, "Amazon"un dünya üzrə 175 anbarı var və yalnız Şimali Amerikadakı anbarlarda 125 min işçi çalışır. Koronavirus səbəbi ilə artan sifarişləri çatdırmaq üçün şirkət ötən həftələrdə ABŞ-da 100 min adamı işə götürəcəyini açıqlamışdı.
Bundan başqa, koronavirus epidemiyasının təsiri ilə beynəlxalq birjalarda şirkət səhmlərinin dəyəri sürətlə endiyi halda, elektron sifarişlərə tələbin artması ilə “Amazon”un səhmlərinin dəyəri bu ilin əvvəlindən 8% artıb.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/amazon-sosial-mesafe-ni-qorumayan-sexsleri-isden-cixaracaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR