İranda koronavirus orduya da sıçradı - 54 əsgər yoluxdu

İranda koronavirus orduya da sıçradı -  54 əsgər yoluxdu
17:43 7 Aprel 2020
151 Digər
Ölkə mətbuatı
A- A+

İran Silahlı Qüvvələrinin 54 əsgəri yeni tip koronavirusa yoluxub.

Publika.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Baş Qərargahın Kadrlar şöbəsinin müdiri Nahuda Rəhmanipur əsgərlərdən çoxunun artıq sağaldığını açıqlayıb. Onun sözlərinə görə, orduda koronavirus qaynaqlı ölüm qeydə alınmayıb.

Son rəqəmlərə görə, İranda 3 min 872 nəfər infeksiyadan dünyasını dəyişib. Ümumilikdə, 62 min 589 nəfərdə virus aşkarlanıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/310035.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR