Türkiyədə xəstəxanadan qaçan daha bir şəxs koronavirusdan öldü

Türkiyədə xəstəxanadan qaçan daha bir şəxs koronavirusdan öldü
18:07 7 Aprel 2020
102 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə 11 gün öncə səhhətindəki narahatlıqlardan dolayı getdiyi xəstəxanadan COVID-19 testindən keçmədən qaçan 40 yaşındakı ağciyərlərin xroniki obstruktiv xəstəliyinin (AXOX) daşıyıcısı ölüb.
“Report” İHA-ya istinadən xəbər verir ki, xəstənin ölümündən sonra onda koronavirus testi pozitiv nəticə verib.
Məlumata görə, onunla təmasda olan hər kəs karantinə alınıb.
Qeyd edək ki, hadisə Türkiyənin Antalya şəhərində baş verib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 363 000-i ötüb. Bunların 293 839 nəfəri sağalıb, 76 383 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiyede-xestexanadan-qacan-daha-bir-sexs-koronavirusdan-oldu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR