ABŞ dünyada koronavirusla mübarizə üçün vəsait ayırır

ABŞ dünyada koronavirusla mübarizə üçün vəsait ayırır
21:07 7 Aprel 2020
149 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ hökuməti xarici ölkələrin koronavirusla mübarizəsi çərçivəsində humanitar, tibbi, ekoloji tədbirlərə 225 milyon ABŞ dolları məbləğində vəsait ayıracaq.
“Report” AP-yə istinadən xəbər verir ki, dövlət katibi Mayk Pompeo bu yardım çərçivəsində fərdi qoruma vasitələrinə tələbatın yüksək səviyyədə qarşılanmasının da daxil olunduğunu bildirib.
Ayrılacaq vəsaitin müayinə, qabaqlayıcı və nəzarət tədbirləri, milli səhiyyə sistemlərinin dəstəklənməsi, tibbi heyətin təlimi, laboratoriyalar hazırlamaq kimi tədbirlərə sərf olunacağı diqqətə çatdırılıb.
Ötən ay ABŞ hökuməti 64 ölkəyə koronavirusun qarşısını almaq və müalicə tədbirlərini dəstəkləmək üçün 274 milyon dollar ayıracaqlarını açıqlamışdı.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-dunyada-koronavirusla-mubarize-ucun-vesait-ayirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR