"Azərbaycan Sənaye Sığorta" ötən ili mənfəətlə başa vurub

"Azərbaycan Sənaye Sığorta" ötən ili mənfəətlə başa vurub
22:07 7 Aprel 2020
160 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Sənaye Sığorta" ASC (ASS) 2019-cu ili 781 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2018-ci ildən 2,172 milyon manat zərərlə çıxmışdı.
"Report" xəbər verir ki, ötən il ASS-nin gəlirləri 6,842 milyon manat (illik müqayisədə 27,9% az), xərcləri 5,866 milyon manat (49,7% az), mənfəət vergisi ödəmələri isə 195 min manat (əvvəlki il vergi ödəməyib) təşkil edib.
Bu il yanvarın 1-nə ASS-nin aktivləri 18,481 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,3% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 14,3% azalaraq 6,177 milyon manata düşüb, balans kapitalı isə 6,8% artaraq 12,303 milyon manata çatıb.
Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 75%-i “Anadolu İnvestment Company” MMC-yə, 25%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-senaye-sigorta-oten-ili-menfeetle-basa-vurub07042020

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR