İtaliyada da basketbol çempionatı vaxtından əvvəl yekunlaşdırıldı

İtaliyada da basketbol çempionatı vaxtından əvvəl yekunlaşdırıldı
22:32 7 Aprel 2020
164 Digər
Ölkə mətbuatı
A- A+

Basketbol üzrə İtaliya çempionatında 2019/2020 mövsümü vaxtından əvvəl başa çatdırılıb.
"Report"un federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, buna koronavirus pandemiyası fonunda epidemioloji vəziyyət səbəb olub. Qərar qəbul olunarkən, hökumətin tam təhlükəsizlik şəraitində idman yarışlarının mümkün bərpası ilə bağlı heç bir tarix müəyyənləşdirməməsi göstərilib.
Habelə, A və B Seriyasındakı bir çox klub əcnəbi oyunçularına öz ölkələrinə getmələri üçün icazə verib.
Daha əvvəl Avroliqanın müntəzəm mövsümü koronavirus səbəbindən aprelin 11-dək dayandırılıb. Ardından yarışlarda pauza qeyri-müəyyən müddətədək uzadılıb.
İndiyədək İtaliyada koronavirusa 135 586 yoluxma, 17 127 ölüm halı qeydə alınıb. Son sutka ərzində 604 nəfər dünyasını dəyişib. İtaliya dünyada koronavirusdan ölüm sayında birinci yerdədir.
Qeyd edək ki, aprelin 3-də Azərbaycan Super Liqası dayandırılıb və "Zirvə Astara" çempion elan olunub. 

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/i-taliyada-da-basketbol-cempionati-vaxtindan-evvel-yekunlasdirildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR