"Fromula-1" üzrə Kanada Qran Prisi təxirə salındı

"Fromula-1" üzrə Kanada Qran Prisi təxirə salındı
23:12 7 Aprel 2020
134 Digər
Ölkə mətbuatı
A- A+

"Formula-1" üzrə Kanada Qran Prisi yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılması səbəbilə qeyri-müəyyən müddətə təxirə salınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Kanada Qran Prisinin təşkilatçıları bildirib.

Bildirilir ki, Kanada Qran Prisi 12-14 iyul tarixlərində Monrealda baş tutmalı idi.

Qeyd edək ki, yarışlar Kanadada 1961-ci ildən keçirilir. Bu müddət ərzində Monrelda keçirilən Qran Pri üç dənə ləğv edilib: 1975, 1987 və 2009-cu illərdə.

Xatırladaq ki, dünyada koronavirusa yoluxanların ümumi sayı təxminən 1,4 milyona çatıb, 80 minə yaxın insan dünyasını dəyişib. Kanadada koronavirua 17 mindən artıq insan yoluxub, 3791 nəfərin ölümü təsdiqlənib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/amerika/839982.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR