Qırğızıstanda koronavirus xəstələrinin sayı artdı

Qırğızıstanda koronavirus xəstələrinin sayı artdı
09:37 8 Aprel 2020
120 Digər
Ölkə mətbuatı
A- A+

Qırğızıstanda daha 42 nəfərə koronavirus diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Məlumata görə, Mərkəzi Asiya ölkəsində qeydə alınan koronavirusa yoluxma hallarının sayı 270-ə çatıb. Onlardan 30-u həkimdir.
Bundan başqa, indiyədək 4 nəfər infeksiyanın qurbanı olub.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 431 000-i ötüb. Bunların 302 209 nəfəri sağalıb, 82 096 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/qirgizistanda-koronavirus-xestelerinin-sayi-artdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR