ŞOK: ÜST dünyadan hər şeyi gizlədib

ŞOK: ÜST dünyadan hər şeyi gizlədib
09:48 8 Aprel 2020
182 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Ümumdünya Səhiyyə Təşkilatına etdiyi maliyyə yardımını dayandıracaq.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp qərar qəbul edib.

Belə ki, Tramp ÜST-ü COVID 19 pandemiyasında Çinin tərəfdarı kimi davranmaqda ittiham edir.

COVID 19 ilə Mübarizə Tapşırıqları Qüvvələrinin gündəlik mətbuat konfransında çıxış edən prezident qeyd edib ki, təşkilat bəzi çağırışları etməkdə gecikib.

Jurnalistlərin ikinci dəfə mövzu barədə sual ünvanlamasından sonra mövqeyini yumşaldan Tramp daha sonra “qətiyyətlə edəcəyimizi söyləmirəm. Amma bunu gerçəkləşdirmək haqqında düşünəcəyik” ifadələrini işlədib.

ÜST-ü tənqid etməyə davam edən Tramp təşkilatın Çinin Uhan şəhərində baş verənləri dünyadan gizlətdiyini dilə gətirib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/310091.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR