Özbəkistanda koronavirusa yoluxanların sayı 500-ü ötdü

Özbəkistanda koronavirusa yoluxanların sayı 500-ü ötdü
10:07 8 Aprel 2020
96 Digər
Ölkə mətbuatı
A- A+

Özbəkistanda son sutkada 62 nəfər koronavirusa yoluxub.
“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
“Aprelin 8-inə olan məlumata görə, Özbəkistanda koronavirusa yoluxanların sayı 534 nəfər təşkil edir”, - nazirliyin “Telegram” kanalında bildirilib.
Yoluxma faktları stasionar şəraitdə karantin altında olan vətəndaşlarda qeydə alınıb.
Ötən gün ölkədə koronavirusa yoluxanların sayı 472 nəfər idi.
Qeyd edək ki, Mərkəzi Asiya ölkəsi olan Özbəkistanda koronavirusa ilk yoluxma faktı martın 15-də qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 432 000-i ötüb. Bunların 302 247 nəfəri sağalıb, 82 101 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/ozbekistanda-koronavirusa-yoluxanlarin-sayi-500-u-otdu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR