“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Birliyinin (IATA) açıqlamasında bildirilir.
“Təxminən, 65,5 milyon insanın işlədiyi səyahət və turizm sektorunda məhdudiyyətlərin daha 3 ay davam edəcəyi halda, qlobal olaraq bu və əlaqəli sektorlarda çalışan 25 milyon insanın işi təhlükə altındadır”,- qurumun açıqlamasında bildirilir.
Bundan başqa, bu ilin II rübündə aviasiya sektorunda tələbin 70% azalacağını, aviaşirkətlərin 61 milyard ABŞ dolları nağd pul itirəcəyi və onların sərnişin daşınması nəticəsində əldə etdikləri gəlirləri ötən ilə nisbətən 44% azalacağı proqnozlaşdırılıb.