“Report” xəbər verir ki, bu barədə ABŞ hökumətinin Enerji Məlumatları Administrasiyasının (EIA) aprel ayı hesabatında qeyd edilib. Bildirilib ki, “Brent” markalı neftin bir barelinin 2020-ci il üzrə orta qiyməti 33 ABŞ dolları proqnozlaşdırılır.
EIA II rübdə bu markalı neftin orta qiymətini 23 ABŞ dolları proqnozlaşdırır. Proqnoza görə, ilin II yarısında isə qiymət qalxaraq 30 dollar/barel olacaq.
EIA 2021-ci il üzrə isə “Brent” markalı neftin bir barelinin orta qiymətini 46 ABŞ dolları məbləğində qiymətləndirir.
Qeyd edək ki, 2019-cu ildə “Brent” markalı neftin bir barelinin orta qiyməti 64 ABŞ dolları təşkil edib.