"Amrah Sığorta"nın mənfəəti 5 dəfə artıb

"Amrah Sığorta"nın mənfəəti 5 dəfə artıb
12:02 8 Aprel 2020
134 Digər
Ölkə mətbuatı
A- A+

"Amrah Sığorta" ASC 2019-cu ili 253 min manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 4,6 dəfə çoxdur.
Ötən il "Amrah Sığorta"nın gəlirləri 1,032 milyon manat (illik müqayisədə 62,45% çox), xərcləri isə 779 min manat (34,3% çox) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.
Bu il yanvarın 1-nə “Amrah Sığorta”nın aktivləri 7,047 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 8,1% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 27,1% artaraq 1,359 milyon manata, balans kapitalı isə 4,3% artaraq 5,688 milyon manata çatıb.
Xatırladaq ki, "Amrah Sığorta" 1993-cü ildə "Dəniz Biznes" adı ilə yaradılıb, 2013-cü ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 5 milyon manatdır. Şirkətin səhmlərinin 85%-i Y.İldırımzadəyə ("Amrahbank" ASC-nin 53,16%-lik səhmdarı, Bankın Müşahidə Şurasının sədri), 15%-i isə Ə.İldırımzadəyə ("Amrahbank"ın 0,33%-lik səhmdarı) məxsusdur. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/amrah-sigorta-nin-menfeeti-5-defe-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR