"Report" "Associated Press"ə istinadən xəbər verir ki, veteran idmançı 57 yaşında koronavirusdan ölüb. Onun atası da bu yaxınlarda eyni səbəbdən vəfat edib.
Qeyd edək ki, 1984 və 1988-ci il Yay Olimpiya Oyunlarında 800 metr məsafəyə qaçış yarışlarında finala yüksələn Donato Sabia müvafiq olaraq 5-ci və 7-ci yerləri tutub. Bundan başqa, o, 1984-cü il Avropa çempionatının qalibi olub.