Ermənistan vətəndaşlarını "qurban vermə siyasəti" aparır - Şərh

Ermənistan vətəndaşlarını "qurban vermə siyasəti" aparır - Şərh
15:43 8 Aprel 2020
147 Digər
Ölkə mətbuatı
A- A+

"Pandemiyanın inkişaf etdiyi bir dövrdə bu cür tədbirlərin keçirilməsi əlbəttə ki, insanların təhlükəsizliyini gözə almadan onları qurban vermə siyasəti daşıyır".

Bunu Publika.az-a açıqlamasında işğal edilmiş Azərbaycan torpaqlarında keçirilən "seçkilər"i təhlil edən politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, 31 mart tarixində keçirilən "seçkilər" saxta və əsassızdır: "Bu məsələdə bir siyasətçi və ya ekspert kimi yox, həm də Azərbaycan vətəndaşı kimi başqa yanaşma sərgiləyə bilmərəm. Problem bundadır ki, qondarma rejim və ya onun havadarları tez-tez Dağlıq Qarabağda yaşayan insanların təhlükəsizliyi ilə bağlı bəyanatlar açıqlayır. Ancaq "seçkilər" şousu onu göstərdi ki, bütün bu bəyanatlar, fikirlər hamısı boşdur. Çünki indi ən təhlükəli vaxtdır. COVID-19 pandemiyası dünyanı cənginə alıb. Belə vəziyyətdə bir çox ölkələr müəyyən tədbirlər görür. Seçkilər və ya müxtəlif izdihamlı tədbirlərin təxirə salınması ilə bağlı qərar çıxarır.

Pandemiyanın inkişaf etdiyi bir dövrdə bu cür tədbirlərin keçirilməsi əlbəttə ki, insanların təhlükəsizliyini gözə almadan, onları qurban vermə siyasəti daşıyır. Orada yaşayan erməni xalqına təhlükə hazırda öz hakimiyyətləri tərəfindən gəlir. Qondarma "seçkilər" bunun bariz nümunəsidir. Yeri gəlmişkən, Dağlıq Qarabağda yaşayan ermənilər səhiyyənin bərbad olması ilə bağlı etiraz edir, nümayiş keçirirlər. Bunu onların kütləvi informasiya vasitələri də yazır".

Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/310126.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR