”Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, son bir gündə polis əməkdaşları karantin rejimi qaydalarını pozduqlarına görə 79 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, inzibati protokol tətbiq ediblər.
Onlar inzibati qaydada 100 və 200 manat məbləğində cərimə olunublar.
Hazırda Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.