Marneulidə gəncin evindən “Kalaşnikov” tapıldı

Marneulidə gəncin evindən “Kalaşnikov” tapıldı
15:57 8 Aprel 2020
202 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Marneuli rayonunda 24 yaşlı gənc saxlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Həmin şəxs qanunsuz olaraq silah-sursatı əldə etməkdə və saxlamaqda ittiham olunur.
Gəncin yaşadığı evdə və evin həyətində aparılan axtarış zamanı 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd patron darağı və 20 ədəd patron müsadirə edilib.
Faktla bağlı istintaq aparırılır. 
Gəncin günahı sübuta yetirilərsə, onu üç ildən altı ilədək həbs cəzası gözləyir.   

Xəbərin orijinal ünvanı: https://report.az/region/marneulide-gencin-evinden-kalasnikov-tapildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR