“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabienti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
"Hadisələrin inkişaf tendensiyalarına uyğun olaraq qərarlar qəbul olunur. Təbii ki, dövlətimizin qəti iradəsi, əzmi də var. Burada əsas meyar vətəndaşlarımızın sağlamlığının təmin olunması, qorunmasından ibarətdir. Dövlət öz üzərinə düşən bütün vəzifələri lazımınca yerinə yetirir və təbii ki, istər ölkə daxilində, istərsə də ölkə xaricində olan vətəndaşlarımızın da üzərinə böyük bir məsuliyyət düşür", - o bildirib.