“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə region hökumətinin mətbuat xidməti bildirib.
Qeyd edilir ki, çərşənbə günü regionda xəstələrin sayı 3 nəfərdən altı nəfərə qədər artıb. Onlar arasında virusa yoluxmuş şəxslə təmasda olmuş gənc ailə də var. Vilayətdə özünü təcridetmə rejimi tətbiq edilib.
"Virusa yoluxması təsdiq edilmiş 6 nəfərin hamısı Yəhudi Muxtar Vilayətinin Amurzet kəndindəndir. İndi bütün pasiyentlər koronavirus infeksiyası üzrə yoluxucu xəstəxanadadır. Vəziyyət nəzarət altındadır. İnfeksiyanın yayılması iki ailədə erkən mərhələdə lokallaşdırılıb", - xəbərdə deyilir.