Damarlari temizlemeyin en sade - YOLLARI

Damarlari temizlemeyin en sade - YOLLARI
20:42 17 Yanvar 2015
428 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gunku ekologiya, az hereketli heyat terzi, zererli verdisler, duzgun qidalanmama qan damarlarinda kifayet qeder ciddi problemler yaradir, muxtelif damar xesteliklerine sebeb olur. Buna gore de mutemadi olaraq damarlarin qaygisina qalmaq, onlarin temizlenmesini temin etmek saglamliq ucun olduqca vacibdir.
 
Milli.Az modern.az-a istinaden damarlarin en sade usullarla temizlemesi ile bagli faydali meslehetleri teqdim edir.
 
Damarlarin normal veziyyetde olmasi ucun ilk novbede asagidakilara riayet etmek lazimdir:
 
1. Maksimum derecede xolesterinin orqanizme daxil olmasi mehdudlasdirilmalidir. Bu mehdudiyyet neticesinde damarlar daha elastik ve saglam olacaq.
 
2. Yemeklerin hazirlanmasinda yalniz bitki yagindan istifade olunmalidir. Qida rasionundan heyvan menseli yaglar cixarilmalidir.
 
3. Yagli ve piyli et mehsullarindan imtina edilmelidir. Daha cox qus eti ve baliq mehsullarina ustunluk verilmelidir.
 
4. Gundelik qida rasionuna az miqdarda olsa da qoz, fandiq, badam ve ya puste daxil edilmelidir.
 
5. Sutka erzinde orqanizm en azi 200-300 qram meyve ve terevez qebul etmelidir.
 
6. Xolesterinin seviyyesini asagi salmaq xususiyyetine malik olan sarmisaqdan gundelik istifade etmek lazimdir.
 
7. Spirtli ickilerden ve siqaretden imtina etmek mutleq sertlerden biridir.
 
8. Gun erzinde en azi 40 deqiqe piyada gezmek, orqanizmin fiziki aktivliyi temin edilmelidir.
 
9. Qan laxtalanmasinin qarsisini almaq ucun sutka erzinde hec olmasa 2 litre qeder adi qazsiz su qebul edilmelidir.
 
Damarlarin xalq tebabeti vasiteleri ile temizlenmesinin bir cox usullari var. Onlarin bir necesini diqqetinize catdirirq.
 
1. 2 eded limon ve 2 eded portagal (apelsin) qabigi soyulmadan dogranilir, tumlari cixarilir ve et masinindan kecirilir. Alinmis kutlenin uzerine 3 xorek qasigi tebii bal elave edilerek yaxsica qarisdirilir ve agzi kip
 
baglanan suse qabda otaq temeperaturunda 24 saat saxlanilir. Gunde iki defe yemekden 10 deqiqe evvel 2 cay qasigi qebul edilir.
 
2. 3-4 iri kartofun qabigi yuyulduqdan sonra uzerine 500 qram temiz su elave edilir ve 30 deqiqe zeif odun uzerinde saxlanilir. Soyuduqdan sonra suzulur ve her gun seherler acqarnina qebul edilir. Kurs 12-15 gundur.
 
3. 500 qram cugundur siresi, 300 qram kok siresi, 300 qram kartof siresi qarisdirilir, gun erzinde 3 defe yemekden qabaq ac qarnina 50 qram qebul edilir.
 
Bu sade usullardan istifade etmekle damar problemlerinden asanliqla yaxa qurtarmaq olar. Hami ucun elcatan olan bu vasitelerden istifade etdikden az muddet sonra orqanizmdeki musbet deyisikliklerin sahidi olacaqsiniz.

Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR