Türkiyədə virusdan ölənlərin sayı 812 oldu

Türkiyədə yeni növ koronavirusdan ölənlərin sayı daha 87 nəfər artıb.

Metbuat.az xəbər verir ki, ölkədə virusdan həyatını itirənlərin sayı 812-ə çatıb. Son 24 saatda Türkiyədə 24 min 900 yeni test keçirilib, 4 min 117 nəfər isə koronavirusa yoluxub. Ölkədə koronavirusa yoluxanların sayı isə 38 min 226-dır.

Xəstələrdən 492 nəfərin vəziyyətinin ağır olduğu, 264 nəfərin isə müalicə edildiyi bildirilib.

Mənbə: Ntv.com.tr


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR