“Gəlin bir bayraq altında birləşək” aksiyasına ADY də qoşulub

“Gəlin bir bayraq altında birləşək” aksiyasına ADY də qoşulub
11:27 9 Aprel 2020
185 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Nəqliyyat Agentliyinin (BNA) “Gəlin bir bayraq altında birləşək” adlı milli həmrəylik aksiyasına “Azərbaycan Dəmir Yolları (ADY) QSC də qoşulub.
“Report” xəbər verir ki, ADY-nin fəaliyyət göstərdiyi binadan milli bayrağımız asılıb.
Qeyd edək ki, BNA Azərbaycanda koronavirusun yayılmasına qarşı mübarizəyə dəstək olaraq təşəbbüs irəli sürür. Agentlik dövlət qurumlarını, təşkilatları, digər ictimai xadimləri, eyni zamanda, hər bir vətəndaşı fəaliyyət göstərdikləri və yaşadıqları binalardan bayraq asmağa, milli həmrəylik nümayiş etdirməyə dəvət edir.



Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/gelin-bir-bayraq-altinda-birlesek-aksiyasina-ady-de-qosulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR