Əli Əsədov: "Ölkədə sanitar-epidemioloji vəziyyət nəzarətdədir"

Əli Əsədov: "Ölkədə sanitar-epidemioloji vəziyyət nəzarətdədir"
11:57 9 Aprel 2020
159 Ölkə
Ölkə mətbuatı
A- A+

Koronavirus pandemiyasının və dünya bazarında neftin qiymətinin aşağı düşməsinin ölkəmizə mənfi təsirlərindən danışmaya bilmərik.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə ötən ilə dair videohesabatda deyib.

Ə.Əsədov bildirib ki, Azərbaycan Prezidentinin 27 fevral 2020-ci il tarixli sərəncamı ilə koronavirusla mübarizə məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərərgah yaradılıb.

Baş nazir qeyd edib ki, hazırda nəzərdə tutulmuş silsilə tədbirlər həyata keçirilir, ölkədə sanitar-epidemioloji vəziyyət nəzarətdədir.

Baş nazir vurğulayıb ki, Azərbaycanda koronavirusla mübarizə üçün yetərincə tibbi ləvazimat var və eyni zamanda, onların ölkəmizdə istehsalı istiqamətində işlər aparılır.

Ə.Əsədov deyib ki, martın 25-dən etibarən Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilir və bu tədbirlərin tətbiqi qaçılmazdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/840415.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR