Xiaomi-nin Poco brendi naqilsiz qulaqlıq üzərində çalışır

Xiaomi-nin Poco brendi naqilsiz qulaqlıq üzərində çalışır
20:22 9 Aprel 2020
173 Maraqlı
Ölkə mətbuatı
A- A+

Poco brendi Xiaomi-dən ayrılandan sonra o qeyd etmişdi ki, təkcə smartfon istehsalı ilə məşğul olmayacaq. İndi isə Poco brendinin istehsal edəcəyi daha bir məhsul kateqoriyası məlum oldu. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə brendin öz Twitter səhifəsində təqdim etdiyi posterə əsasən o artıq tamamilə naqilsiz qulaqlıq modeli üzərində çalışır. Qulaqlıqlar barəsində ətraflı məlumat olmasa da güman etmək olar ki, onlar Realme Buds naqilsiz qulaqlıq modellərinə rəqib olacaqlar.

    Poco öz naqilsiz qulaqlıq modelini Hindistanda təqdim etməlidir. Heç istisna deyil ki, qulaqlıqlar Poco F2 smartfon modeli ilə birlikdə təqdim olunsunlar. Onu da qeyd etmək lazımdır ki, sonuncu dəfə şirkət rəsmisi qeyd etmişdi ki, Poco F2 smartfonu Redmi K30 Pro-nun qlobal versiyası olmayacaq. Poco F2 tamamilə yeni smartfon modeli olacaq və Snapdragon 865 prosessoru ilə təchiz olunacaq. Bununla yanaşı şirkət rəsmisi onu da bildirmişdi ki, Poco F2-nin qiyməti 300$-dan yüksək olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/839881.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR