İtaliya A seriyasının bərpa və başa çatma tarixi açıqlandı

İtaliya A seriyasının bərpa və başa çatma tarixi açıqlandı
13:27 12 Aprel 2020
223 İdman
Ölkə mətbuatı
A- A+

Koronavirus pandemiyası üzündən dayandırılan İtaliya A seriyasının bərpa və başa çatma günü ilə bağlı növbəti mümkün tarixlər açıqlanıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, "La Gazzetta dello Sport" nəşri komandaların karantin başa çatdıqdan bir gün sonra məşqlərə başlaya biləcəyini iddia edir.

Bildirilir ki, mayın 4-də hazırlıqlara start verəcək A seriyası təmsilçiləri aprelin 27-də bütün futbolçuları və məşqçilərini testdən keçirməyi planlaşdırır. Bunun üçün klub rəhbərləri müvafiq icazə almalıdır.

Çempionatın qarşılaşmaları isə məşqlər bərpa olunandan 27 gün sonra - mayın 31-də başlaya bilər. Əgər bu plan baş tutsa, çempionat iyulun 12-də yekunlaşacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/841258.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR