Mərkəzi Bankın valyuta hərracında dollara tələb artıb

Mərkəzi Bankın valyuta hərracında dollara tələb artıb
12:52 14 Aprel 2020
168 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
“Report” bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Bankın məlumatına görə, hərracda dollara tələb aprelin 9-na nisbətən 1,5 milyon ABŞ dolları və ya təxminən 2,7% artaraq 56,5 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/merkezi-bankin-valyuta-herracinda-dollara-teleb-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR