“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İnfeksiya patologiyası, QİÇS və Kliniki immunologiya üzrə Elmi-Praktik Mərkəzindən bildirilib.
Ötən il bu göstərici 148 hal təşkil edib.
Son məlumata əsasən, qonşu ölkədə QİÇS-ə yoluxanların ümumi sayı 8 269 nəfər təşkil edir ki, onların da 6 168-i kişi, 2 091-i isə qadındır.
Pasiyentlərin böyük əskəriyyəti 29-39 yaş qrupuna daxidir. Xəstəlik 4271 nəfərdə inkişaf edib, 1674 nəfər isə ölüb.
QİÇS-ə ən çox yoluxma halı Tbilisidə qeydə alınıb. Şəhərdə bu xəstəliyin 3 059 daşıyıcısı var ki, onların da 87-si xarici ölkə vətəndaşıdır.