May və iyun aylarında əhaliyə veriləcək elektrik enerjisinə güzəşt olacaq

May və iyun aylarında əhaliyə veriləcək elektrik enerjisinə güzəşt olacaq
14:22 14 Aprel 2020
195 Digər
Ölkə mətbuatı
A- A+

Aprel ayından etibarən növbəti 2 ay üçün vətəndaşların elektrik enerjisindən aylıq istifadə limiti artırılıb. 
"Report"un məlumatına görə, bunu "Azərişıq" ASC-nin İnformasiya Texnologiyaları Departamentinin rəisi Qalib Həmidov deyib. 
Onun sözlərinə görə, aprel və may aylarında vətəndaşlar istifadə etdikləri elektrik enerjisinə görə limit 100 KVt artırılır: "Nazirlər Kabinetinin qərarı ilə enerji sərfiyyatı 300 kVt limit 400 kVt-a qaldırılıb. 
Aprel ayında gələn ödəniş qəbzində enerji sərfiyyatı limitinin 300 kVt hesablanması çaşqınlıq yaratmasın. Çünki aprel ayında gələn ödəniş qəbzi mart ayı üçün hesablamadır. Ona görə də aprelin əvvəli təqdim edilən qəbzdə 300 kVt hesablanıb. May və iyun aylarında təqdim edilən göstəricidə limit 400 kVt olacaq. Bu proses iki ay davam edəcək. Aprel və may ayları üçün 400 kVt olacaq".

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/may-ve-iyun-aylarinda-ehaliye-verilecek-elektrik-enerjisine-guzest-ola

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR