Belçikada bir sutkada 260-dan çox ölüm faktı qeydə alınıb

Belçikada bir sutkada 260-dan çox ölüm faktı qeydə alınıb
14:37 14 Aprel 2020
148 Digər
Ölkə mətbuatı
A- A+

Belçikada son sutkada koronavirusdan 262 ölüm hadisəsi qeydə alınıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı krallığın Səhiyyə Nazirliyinin Böhran qərargahı yayıb.
Bildirilib ki, Belçika üzrə virusdan ölənlərin sayı 4 157-yə çatıb.
Məlumata görə, son sutkada koronavirusa 530 nəfər yoluxub. Bununla da COVID-19 diqanozu təsdiqlənələrin sayı 31 119-a çatıb.
Qeyd edək ki, mayın 3-dək krallıq ərazisində sosial təcrid tədbiri tətbiq olunur. Bildirilib ki, son günlər hospitala yerləşdirilənlərin sayı azalır, daha çox insan sağalaraq xəstəxananı tərk edir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/belcikada-260-dan-cox-olum-fakti-qeyde-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR