Ölkədə bütün sular koronavirus testindən keçiriləcək - TƏHLÜKƏ

Ölkədə bütün sular koronavirus testindən keçiriləcək - TƏHLÜKƏ
14:43 14 Aprel 2020
184 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə təmiz və tullantı sularında Kovid-19 virusu ilə bağlı analizlər aparılacaq.

Publika.az xəbər verir ki, bu barədə Kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdəmirli danışıb.

Bakan duyurdu: Covid-19 taraması yapılacak

Nazir bildirib ki, bu məsələdə ehtimal edilən bütün risklərə qarşı qabaqlayıcı xəbərdarlıq sistemi qurulacaq. İşlər Türkiyə Su İnstitutunun koordinasiyasında aparılacaq. Bu çərçivədə Mərmərə Universiteti Ekologiya Mühəndisliyi fakültəsinin müəllimi Bilgə Alpaslan Qocamemi və molekulyar bioloq Xəlil Kurtun rəhbərliyi ilə ölkə miqyasında sutəmizləmə təsislərinin giriş və çıxışlarında 24 saatlıq kompleks çirkab suları nümunələri götürüləcək.

Nümunələrin Baytarlığa Nəzarət Mərkəzi Araşdırma İnstitutu Laboratoriyalarında PZR analizləri ilə Kovid-19 miqdarı təyin ediləcək.

Qeyd edək ki, ABŞ-ın “Biobot Analytics” tibbi araşdırma qurumu Massaçusets ştatındakı tullantı sularında gözləniləndən daha çox yeni tip koronavirus qalıqları tapmışdı. Bunun sayəsində ştatda rəsmi açıqlanandan daha çox COVID-19 xəstəsi olduğu ortaya çıxmışdı.

Sularda da koronavirus tapıldı - Amerikalı alimlərdən ŞOK ARAŞDIRMA/VİDEO

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/310712.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR