Deputatlar "Təhsil haqqında" qanuna dəyişiklik layihəsini müzakirə etdi

Deputatlar "Təhsil haqqında" qanuna dəyişiklik layihəsini müzakirə etdi
15:17 14 Aprel 2020
144 Digər
Ölkə mətbuatı
A- A+

Xəbər verildiyi kimi, koronavirus (COVİD-19) ilə mübarizə tədbirləri çərçivəsində parlamentin komitə iclasları onlayn qaydada keçirilir.
Milli Məclisin Elm və təhsil komitəsinin iclasları da bu qaydada keçirilməkdədir.
"Report"un xəbərinə görə, Komitənin martın 24-də, martın 31-də və aprelin 14-də keçirilmiş iclaslarının gündəliyini müzakirəyə komitənin sədri Bəxtiyar Əliyev təqdim edib.
Bu iclaslarda “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Hərbi qulluqçuların statusu haqqında”, “İnzibati icraat haqqında”, “Təhsil haqqında” və “Elm haqqında” qanunlarında, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) müzakirə olunmuşdur. Deputatlar bu məsələlərlə bağlı fikir mübadiləsi aparmış və öz təkliflərini vermişlər.
Müzakirəyə çıxarılmış qanun layihələri baxılmaq üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/milli-meclis/parlamentin-elm-ve-tehsil-komitesinin-iclasi-kecirildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR