Özünü ölü kimi qələmə verib, şantajla qadından pul aldı

Özünü ölü kimi qələmə verib, şantajla qadından pul aldı
19:37 14 Aprel 2020
258 Dünya
Ölkə mətbuatı
A- A+

Moskvada özünü ölü kimi qələmə verərək, münasibətdə olduğu qadından qohumlarının adından pul alan şəxs saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbəır verir ki, polisə müraciət edən 33 yaşlı qadın bir müddət öncə 38 yaşlı kişi ilə tanış olduğunu bildirib. Sözügedən şəxs tanışlıqdan sonra qadına ağır xəstəlikdən əziyyət çəkdiyini deyib.

Daha sonra qadın kişinin sosial şəbəkə hesabında onun dünyasını dəyişməsi barədə məlumat görüb. Bundan sonra "ölən şəxsin qohumu" onu şantaj edərək, intim xarakterli fotolarını yayacağını söyləyib və qadından pul tələb edib. Ümumilikdə, qadın şantajçıya 230 min rubl (5 316 manat) pul verib.

Faktla bağlı araşdırma aparan polis qadının sosial şəbəkədə tanış olduğu 38 yaşlı kişini tapıb və "oyun"un üstü açılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/841932.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR