Birinci vitse-prezident Mehriban Əliyeva məşhur Atakule qülləsində Azərbaycan bayrağının işıqlandırılması ilə bağlı Türkiyəyə minnətdarlığını bildirib

Birinci vitse-prezident Mehriban Əliyeva məşhur Atakule qülləsində Azərbaycan bayrağının işıqlandırılması ilə bağlı Türkiyəyə minnətdarlığını bildirib
14:22 15 Aprel 2020
142 Ölkə
Ölkə mətbuatı
A- A+

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur Atakule qülləsində Azərbaycan Respublikasının bayrağının işıqlandırılması ilə bağlı qardaş ölkəyə minnətdarlığını bildirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, minnətdarlıqla bağlı paylaşımda deyilir:

"Qardaş Türkiyəyə dərin minnətdarlığımı bildirirəm! Ölkələrimiz daim bir-birinin yanındadır - həm sevincli günlərdə, həm çətin sınaq günlərində. Bizim birliyimiz, bizim gücümüz bundadır! Xalqlarımıza möhkəm cansağlığı, ölkələrimizə sülh və əmin-amanlıq arzulayıram! Qoy Uca Tanrı dünyamızı qorusun!"

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/842248.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR