Karantin qaydalarını pozan 2923 sürücü məsuliyyətə cəlb edilib

Karantin qaydalarını pozan 2923 sürücü məsuliyyətə cəlb edilib
10:12 16 Aprel 2020
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə, 15.04.2020-ci il saat 00:00-dan 16.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2923 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polis İdarəsindən Milli.Az-a verilən məlumatda bildirilib ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 22 859 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/842502.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR