ABŞ-da koronavirus qurbanlarının sayı 30 mini ötüb.
Publika.az xəbər verir ki, Con Hopkins Universitetinin statistikasına görə, infekisyadan ölənlərin sayı 30 min 844 olub.
Ümumi yoluxma faktı ölkə miqyasında 631 min 111-ə çatıb.
ABŞ Xəstəliyə Nəzarət və Profilaktika Mərkəzi artıq öz laboratoriyalarındakı koronavirus faktları ilə yanaşı, koronavirus simptomları daşıyan xəstələrinin ölümünü də statistikaya daxil edir.