Bakı-Qazax yolunda avtomobil ağaca çırpıldı, sürücünün ayağı sındı

Bakı-Qazax yolunda avtomobil ağaca çırpıldı, sürücünün ayağı sındı
11:52 16 Aprel 2020
181 Digər
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax avtomobil yolunun Ağstafa rayonu, Dağ Kəsəmən kənd ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü 18 yaşlı Rəşid Hacızadə xəsarət alaraq Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun bud sümüyünün sındığı məlum olub və əməliyyat edilib. Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baki-qazax-yolunda-avtomobil-agaca-cirpildi-surucunun-ayagi-sindi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR